Azərbaycanda gələn il üçün dəfn xərcləri - 45 milyon manat

17:28 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökuməti gələn ilin büdcə zərfində dəfn xərcləri üçün 45 milyon manat nəzərdə tutub.

 

Hafta.az-ın məlumatına görə, bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Rəsmi statistikaya görə, Azərbaycanda il ərzində təxminən 75 min nəfərin ölümü qeydə alınır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkə üzrə ölənlərin ümumi sayı 75647 nəfər olub.